• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3535
— 07.05.2015 12:22

Qazaxda “Məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların rolu” müzakirə edilib

Qazaxda “Məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak ediblər. Dəyirmi masada dövlət siyasətinin həyata keçirilməsində işəgötürənlərin rolundan, onlarla birgə mərkəzin bu siyasi arenada öz səlahiyyətləri çərçivəsində potensial qüvvələrindən maksimum dərəcədə istifadə etməli olduqlarından danışılıb. Həmçinin qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biridir. Tədbirdə həmçinin mərkəzə təqdim edilməli olan hesabat formalarının düzgün işlənməsində müşahidə edilən nöqsanlardan söhbət açılıb.