• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 07.05.2015 13:35

Gəncədə ilk dəfə “Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi” adlı konfrans keçirilir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi” adlı konfrans keçirilib. Gəncədə ilk dəfə təşkil edilən konfransda 11 xarici ölkədən 185 nümayəndə iştirak edib. İnformasiya Kommunikasiya Texnologiyalarının elmdə, təhsildə və sənayedə tətbiqi, qida sənayesinin müasir texnologiyaları və ekspertiza, maşınqayırmada texnika və texnologiyaların inkişafı barədə çıxışlar olub. Konfrans iki gün davam edəcək.