• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 07.05.2015 12:29

Kəlbəcər rayon İcra Hakimiyyətində Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyəti tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə ümummili liderin abidəsini ziyarət ediblər. Heydər Əliyev adına mədəniyyət sarayında dahi şəxsiyyətin kəlbəcərlilərlə görüşlərindən olan fotostendə baxılıb. Ardından dövlət himni səsləndirilib, daha sonra çıxış edənlər ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın qazandığı uğurlardan bəhs ediblər. Uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya arenasında öz sözünü deyir.  Tədbirdə YAP sıralarına daxil olan 5 nəfərə üzvlük vəsiqələri təqdim edilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən şahmat yarışlarının qaliblərinə mükafatlar verilib.