• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3523
— 07.05.2015 13:26

Şəhərimizin Yeni Gəncə yaşayış massivinə 5 mindən artıq ağac əkilib

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası davam edir. Şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən boş ərazilərə 5 mindən artıq şam ağacı əkilib. Ağacəkmə kampaniyasında Gəncənin bir sıra idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Əkilən ağacların suvarılması üçün su xətti çəkilib. Yaşıllıq zolağı salınan ərazi tullantılardan təmizlənib.