• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3514
— 07.05.2015 12:43

Samuxda faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə bayram tədbiri keçirilib

Baş tutuan tədbirdə rayon rəhbərliyi, Böyük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucladılmış abidə kompleksinin önündə təşkil olunan tədbirdə çıxış edənlər Qələbənin əldə olunmasında Azərbaycanın, xüsusi ilə də Bakı neftinin önəmindən danışıblar. Xatırladılıb ki, Böyük Vətən müharibəsində 600 mindən çox soydaşımız iştirak edib ki, onların sırasında Samuxluların da sayı az olmayıb. Hazırda rayonda 4 müharibə veteranı yaşayır.

Həmzə Həmzəyev- Samux rayon Veteranlar Şurasının sədri: "Onlar müharibədə şücaət göstəriblər, bizim rayonumuzun, Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün əllərindən gələni ediblər. Faşistlərə qarşı mübarizə aparıblar".

Yığıncaqda Böyük Vətən Müharibəsi veteranlarına medal və hədiyyələr təqdim olunub. Belarus Prezidenti Aleksandr Lukaşenkonun veteranlara ünvanladığı təbrik məktubu oxunub. Tədbir məktəblilərin və Samux Rayon Mədəniyyət işçilərinin çıxışları ilə davam edib.

Heç nə yaddan çıxmır. Heç kim unudulmur. Dünya durduqca nə müharibənin dəhşətləri nə də bu dəhşətlərə sinə gərərək vətən torpağına sipər olan oğul və qızlar yaddaşlardan silinməyəcək!

Gülnar Fazilqızı