• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4331
— 17.09.2014 17:22

Laçın rayon sakinindən silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Hümbətovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb. Faktla bağlı araşdırma aparılır.