Bu günə xəbərlərin oxunma sayı: 668
— 07.05.2015 13:47

Gəncədə dünya rekordu qırılıb

KepezTV Player

Bu gün Gəncə Azərbaycan və bəlkə də dünya üçün yenilik olan bir ilkə imza atıb. Şəhərin məktəbli və tələbələrinin iştirakı ilə keçirilən flaşmobda ulu öndər Heydər Əliyevin portreti və imzası canlandırılıb. Bununla da Gəncə bu aksiya ilə “Ginnesin rekordları kitabı”na düşmək imkanı əldə edib.

Ümummili lider Heydər Əliyevin portretini və imzasını canlandıracaq gənclər səhər saatlarından etibarən Gəncənin baş meydanına toplaşaraq xüsusi işarələnmiş yerlərdə qərarlaşıblar. Vaxt keçdikcə 10 minə yaxın gənc adını daşıdığı meydanda ulu öndər Heydər Əliyevin portretini canlandırırdılar. Və nəhayət təxminən 2 saat yarımdan sonra günlərdir çəkilən zəhmət nəticəsini verir. Ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Heydər Əliyevin canlı portreti və imzası yaradılır. Saniyə ölçənin işə salınması ilə 5 dəqiqə ərzində bu möhtəşəmliyi ilə seçilən görüntünü izləmək imkanı qazanılır. Bununla da Gəncədə dünya rekordu qırılır. İştirakçılarının say tərkibinə görə bu flaşmob “Ginnesin rekordlar kitabı”na da təqdim olunub. Nəticələr bir neçə gündən sonra məlum olacaq. Ümummili lider Heydər Əliyevin portretinin və imzasının canlı yaradılması Gəncə gənclərinin bu dahi şəxsiyyətə sonsuz məhəbbət və sevgilərinin nəticəsidir.

Baş tutan flaşmobun ardından gənclərə səslənən şəhər rəhbərliyi nəticənin qürurverici olduğunu bildirib. Konsert proqramının təqdimatı ilə aksiya iştirakçıları meydanda dövrə vurub.