• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 07.05.2015 12:07

Göygöldə YAP üzvləri H.Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd ediblər

Göygöldə YAP üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd ediblər. Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatında keçirilən konfransdan əvvəl ulu öndərin həyat və faəliyyətindən bəhs olunan film nümayiş etdirilib. Çıxış edənlər türk dünyasının böyük oğlu, Azərbaycanın xilaskarı Heydər Əliyevin şərəfli ömür yolundan ətraflı danışıblar. Ulu öndərin yürütdüyü məqsədyönlü siyasət nəticəsində müxtəlif sahələr üzrə əldə olunan nailiyyətlərdən söz açılıb. Dahi şəxsiyyətin Göygöl rayonuna hər bir tarixi səfəri və bu zaman zəhmətkeşlərlə görüşü xoş xatirələrlə yada salınıb. Heydər Əliyev siyasətinə sadiq olan göygöllülər bu gün ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında sıx birəşiblər. Hazırda partiyanın rayon təşkilatının 4750 üzvü var ki, onlardan təxminən 30 faizi gənclərdir. Son bir ildə partiya sıralarına 300-ə yaxın gənc qəbul olunub. Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 ci ildönümü ilə bağlı rayonda keçirilən idman yaraışlarının və müxtəlif müsabiqələrin qaliblərinə kubok, fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub. Partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.