• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 07.05.2015 11:59

Respublikada torpaq fondunun və meşələrin idarə olunması monitorinqi layihəsinə yekun vurulub

Kənd Təsərrüfatı Nazirliyi,  Azərbaycan Dövlət Aqrar Universiteti və BMT-nin Azərbaycandakı nümayəndəliyinin  birgə təşkilatçılığı ilə "Respublikada torpaq fondunun və meşələrin idarə olunması monitorinqi” layihəsinə yekun vurulub. Layihənin məqsədi ölkənin qeyri-neft sektorunun inkişafını sürətləndirmək, kənd təsərrüfatında məhsuldarlığı artırmaq və bu istiqamətdə aqrar sahənin elektronlaşmasını həyata keçirməkdir. Tədbirlər planına kənd təsərrüfatı torpaqlarının elektron xəritələrinin çəkilməsi, elektron uçotunun aparılması və torpaqdan istifadənin dərəcələrinin müəyyən edilməsi, eləcə də, kənd təsərrüfatı xəritələrinin vahid areallarının müəyyənləşməsi daxildir. Bunun üçün artıq lazımi avadanlıqlar da gətirilib. Bu avadanlıqların köməyi ilə “Azərspeys 1” peykindən çəkilən şəkillər kompyuterə ötürüləcək və bu sahənin idarəçiliyini asanlaşdırmaq mümkün olacaq.   

Əfqan Hüseynov- ADAU-nun Yer quruluşu və meliorasiya kafedrasının müdiri: "Burada müvafiq proqramlardan istifadə olunur ki, bu proqramlar əsasında müvafiq siyahıyaalama, kənd yaşayış məntəqəsindəki əhalinin sayı, torpaqdan istifadə, torpağın yararlılıq dərəcəsi, və bunların bugünki reallıqda istifadəsi nə vəziyyətdədir öyrənilir. Bu məlumatların əsasında torpaqdan istifadənin təkmilləşdirilməsi yolları müəyyənləşdiriləcək".