• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3387
— 07.05.2015 11:53

Tovuzda “Cəbhəyanı bölgələrdə yaşayan gənclərin uğur hekayələri” adlı tədbir keçirilib

Cəbhə kəndində yaşamaq qorxmazlıq, həmin kənddə təhsil alıb yüksək bal toplamaq isə böyük qəhrəmanlıqdır. Tovuzun Hacallı kəndinin şagirdləri də məhz belə qəhrəmanlar sırasına qoşulmağa çalışırlar. Rayonun Yuxarı Öysüzlü kəndində böyüyən, burada təhsil alıb 690 bal toplayan Klara Axundova və digər tələbələr cəbhə kəndinin şagirdləri ilə görüşərək onlara öz uğur hekayələrindən söz açıblar. Çıxış edənlər güllə səslərini eşidə-eşidə məktəbə gedib-gələn şagirdlərin hər kəs üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildiriblər. Yüksək balla ali məktəblərə qəbul olan tələbələr isə bu gün ölkəmizdə təhsil almaq üçün gözəl şərait yaradıldığını diqqətə çatdırıblar. Onlar cəbhə kəndinin şagirdlərinə bu şəraitdən yararlanmağı tövsiyə ediblər. “Cəbhəyanı bölgələrdə yaşayan gənclərin uğur hekayələri” adlı tədbirə toplaşan müəllim və şagirdlər belə görüşlərin mütəmadi təşkil edilməsini vacib hesab ediblər.