• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 17.09.2014 17:47

Azərbaycanda qardaşoğlu dostu ilə birgə əmisinin evini yarıb

Göyçay rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini dostu ilə birgə əmisinin evindən 6400 manat pul oğurlayıb. Göyçayın Ləkçiplaq kənd sakini 29 yaşlı Natiq Hüseynov Bakı şəhərində yaşayan dostu 28 yaşlı Alim Əliyev ilə birgə həmin kənddə yaşayan əmisi 53 yaşlı Şahin Hüseynovun mənzilinə gizli yolla pəncərədən daxil olaraq evdən 6400 manat pul oğurlayıb. Şahin Hüseynovun hüquq-mühafizə orqanlarına müraciəti əsasında polis əməkdaşları tərəfindən oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Evdən oğurluq edən şəxslər Bakıda tutularaq istintaqa təhvil verilib. Onlar həmin pulun 300 manatını Bakıda xərclədiklərini bildiriblər. Qalan pullar isə onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.