• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 17.09.2014 18:21

Qobustan rayonunda xeyli miqdarda narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayon sakini Ayaz Mikayılovdan 1 kiloqram 513,7 qram marixuana götürülüb. Hazırda polis əməkdaşları Ayaz Mikayılovun narkotik vasitəni kimdən və hansı məqsədlə əldə etməsini araşdırır. Faktla bağlı cinayət işi qaldırılıb.