• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 06.05.2015 22:52

Abşeron rayonu ərazisində taksi sürücüsü bıçaqlanıb

 Sürücüyə xəsarət yetirən şəxslərin axtarışı davam edir. Hadisə zamanı 64 yaşlı Novruz Zeynalovun taksi fəaliyyti ilə məşğul olduğu avtomobilə metronun 20 yanvar stansiyasının yaxınlığında müştəri qismində iki nəfər əyləşib. Həmin şəxslər sürücüdən onları Abşeron rayonu Qobu qəsəbəsinə aparmalarını xahiş edib.  Qeyd olunan ünvana gələndə isə onlar sürücü Novruz Zeynalova hədə-qorxu gələrək pul və avtomobilin açarlarını tələb ediblər. Mübahisə zamanı sürücüyə bir-bir neçə bıçaq zərbəsi vuran cinayətkarlar hadisə yerindən qaçıblar. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkim müayinəsindən sonra Novruz Zeynlov dərhal əməliyyat edilib. Hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə məlumat verilib. Novruz Zeynalovu bıçaqlayan şəxslərn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.