• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 06.05.2015 19:54

Şahnaz Haşımova və Pərvanə Qurbanova Prezident mükafatına layiq görülüb

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 130 nəfər mədəniyyət xadimi Prezident mükafatına layiq görülüb. Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Şahnaz Haşımova və Gəncə Dövlət Dram Teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanova da mükafat alanlar sırasındadır.