• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3362
— 06.05.2015 19:53

Ağcabədi rayonunun Aşağı Avşar kəndində qətl hadisəsi baş verib

Kənd sakinlərinin verdiyi xəbərə görə, 30 yaşlı Saqibət Qədimov bu gün səhər saat 5 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən evindən küçəyə çağırılıb. Onun geri qayıtmadığını görən yaxınları S. Qədimovu kəndin yaxınlığındakı sahədə qan içində tapıblar. Yaralı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Qədimova balta ilə boyun nahiyəsindən və bədənin bir neçə yerindən ağır xəsarətlər yetirilib. Mərhumun Bakıda yaşayıb, işlədiyi, rayona ailəsinə baş çəkmək üçün gəldiyi bildirib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.