• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 06.05.2015 18:05

Odessada bolqar tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri həyatını itirdi

Odessada bolqar tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri bu gecə xəstəxanada dünyasını dəyişib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. Alla Marçenko qeyd edib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq  təcridxanasında saxlanılır.

Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.