• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4718
— 17.09.2014 16:51

Cəlilabad rayonunda yük avtomobili ilə minik maşınının toquşması icra nümayəndəsinin ölümü ilə nəticələnib

KepezTV Player
Ağır yol qəzası Ələt-Astara magistral yolunun 132-ci kilometrliyində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 50 yaşlı Elçin Həsənov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn "Vaz-2107"markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin qarşı hissəsi ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı "Kamaz"ın sürücüsü xəsarətsiz ötüşsə də "Vaz-2107"nin sürücüsü rayonun Günəşli kənd sakini, 52 yaşlı Fikrət Əhmədov ağır yaralanıb. Yaralı hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Dünyasını dəyişən "Jiquli"nin sürücüsü Fikrət Əhmədov Günəşli kənd ərazi vahidliyinin icra nümayəndəsi idi. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.