• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 06.05.2015 10:27

DSMF Şəmkirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

“Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarından olan  sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Forumda sığortaolunanların və pensiyaçıların çoxsaylı sualları cavablandırııb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb, sığorta- pensiya sistemində davamlı inkişafdan danışılıb. Qeyd edək ki, ölkədə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13863 nəfərdir. Onların orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.