• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 05.05.2015 17:36

Bakıda 2015-ci ilin ilk dörd ayında 286 yol-nəqliyyat hadisəsi baş verib

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Bu qəzalar zamanı 92 nəfər ölüb, 327 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzalar zamanı 2 ölüm hadisəsi azalsa da, 11 hadisə və 53 xəsarət halı artıb. Qəzalar əsasən sürət həddinin aşılması və manevr qaydalarının pozulması nəticəsində baş verib.