• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3536
— 05.05.2015 18:06

Bakı və Lənkəranda bıçaqlanma hadisələri törədilib

Bakıda növbəti sevgi cinayətinin üstü açılıb. Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanın 40 yaşlı keçmiş sevgilisi Lətif Babayev tərəfindən bıçaqlandığı məlum olub. Lənkəranda isə həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Qanlı hadisə mayın 3-də saat 20:00 radələrində baş verib. Nərgiz Babayevanın bıçaqlanması ilə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, Lətif Babayev tutulub. Məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, vəziyyəti normal qiymətləndirilir. Hadisəni törədən Lətif Babayev əməlini qısqanclıqla əlaqələndirib.

Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Nərgiz Babayeva bu addımı atan zaman uşağın atası ilə məsləhətləşməyib.

Lətif Babayevin keçmiş sevgilisini niyə bıçaqladığı araşdırmaların yekununda məlum olacaq.

Lənkəranda da bıçaqlanma hadisəsi baş verib. Hadisə mayın 5-də günorta saatlarında rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Elnur Şərifov şəxsi münaqişə zəminində həmkəndlisi, 42 yaşlı Nemət Nağıyevə bıçaqla döş qəfəsi nahiyəsindən ağır bədən xəsarəti yetirib. Yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən Elnur Nağıyev polis tərəfindən yaxalanıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.