• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 05.05.2015 18:36

Gəncədə 7 yaşlı uşağı avtomobil vurub

Bu gün axşam saatlarında Gəncə şəhərində azyaşlının vurulması ilə nəticələnən yol qəzası baş verib. Şəhərin Heydər Əliyev prospektində “Great Wall” markalı iki avtomobil  toqquşub. Avtomobillərdən biri yolu keçmək istəyən, Gəncə sakini Atatürk prospekti, 1 nömrəli yataqxanada yaşayan 7 yaşlı Murad Rüstəmova dəyib. Nəticədə azyaşlı müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Yaralı dərhal Gəncə şəhər TTYX-na çatdırılıb. Xəstəxananın Travmatologiya şöbəsində müayinə olunan Murad Rüstəmov müalicənin davam etdirilməsi üçün Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına göndərilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.