• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 03.05.2015 20:50

Samuxda qadını ilan vurub

Samuxda qadını ilan vurub. Hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Qarayeri qəsəbə sakini 44 yaşlı Cəmilə Qəhrəmanovanı yaşadığı evin zirzəmisində ilan sol qolundan sancıb. Cəmilə Qəhrəmanovanı  dərhal yaxınları Samux rayon Mərkəzi xəstəxanasının avtomobili ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər. Reanimasiya şöbəsinə yerləşdirilən qadına yardım göstərilib. Həkimlər xəstənin vəziyyətini stabil qiymətləndirirlər.