• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 03.05.2015 11:28

Tovuz rayonuna düşən güclü dolu bir sıra fəsadlar yaradıb

Tovuzun Qovlar qəsəbəsinə dolu düşüb. Nəticədə bəzi evlərin dam örtüyü zədələnib. Daha çox ziyan görən isə kartof sahələri və çiçəkli ağaclar olub. Kənd sakinlərinin sözlərinə görə, qəfildən başalayan dolu 20 dəqiqəyə yaxın davam edib, ardınca isə leysan yağıb.

Qeyd edək ki, ötən ilin may-iyun aylarında da Tovuzun ucqar dağ kəndlərinə yağan dolu təsərrüfata xeyli ziyan vurmuşdu.