• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 03.05.2015 11:59

Gəncədə ölümlə nəticələnən yol qəzası olub

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza səhər saat 6 radələrində Gəncənin Totanlı küçəsində qeydə alınıb. İçərisində 3 nəfərin olduğu “VAZ 21015” markalı avtomobil evlərdən birinə çırpılıb. Nəticədə avtomobildə olan, hələlik adı məlum olmayan sərnişinlərdən biri aldığı xəsarətdən elə yerindəcə dünyasını dəyişib. Digər iki nəfər isə hadisə yerini tərk etdiyindən onların kimliyini müəyyən etmək olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.