• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 03.05.2015 11:33

Goranboy rayonunda baş verən avtoqəzada 4 nəfər yaralanıb

Goranboyda ağır yol qəzası baş verib. Hadisə dünən axşam saat 19:00 radələrində Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İki “VAZ-011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan ikisinin - Gəncə sakinləri 43 yaşlı Canpolad Qafarov və 51 yaşlı Fərhad Əsgərovun xəsarətləri ağır olub. Hər iki yaralının ayağı sınıb. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.