• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 02.05.2015 12:15

Gəncədə epizootik vəziyyət nəzarətdədir

Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tədbirlər planına əsasən mal-qara arasında peyvəndlənmə kampaniyasını davam etdirir. Baytar həkimləri şəhərin ətraf qəsəbələrində mövcud olan təsərrüfatlarda xırda davarları dabaq əlehinə peyvənd edirlər. Artıq şəhər ərazisində saxlanılan xırdabuynuzlu heyvanların böyük əksəriyyətinə peyvənd vurulub. Şəhər ərazisində epizootik vəziyyətin sabit qalması üçün baytar həkimlər geridə qalan aylar ərzində iri və xırdabuynuzlu heyvanlardan brusellyoza qarşı qan nümunələri götürüb vərəm əlehinə müayinə ediblər. Həmçinin iribuynuzlu heyvanaları qarayara əlehinə peyvənd ediblər. Baytar həkimləri  bazarlarda və səyyar ət satışı köşklərində ət satışını da nəzarətdə saxlayır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində epizootik vəziyyət stabil olmaqla mənşəyi məlum olmayan ət satışına da rast gəlinməyib.

Bayadur Rzayev- Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “Proflaktik tədbirlər uğurla yerinə yetirilir. Kampaniya bütün və iri və xırda təsərrüfatları əhatə edəcək. Bunun Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən kifayət qədər vaksin göndərilib. Nəzərdə tutmuşuq ki, kampaniyanı qrafik əsasında başa çatdıraq”.