Bu günə xəbərlərin oxunma sayı: 901
— 02.05.2015 10:12

Küftəbozbaş

1,5 kq. ət

4 ədəd soğan

100 qr düyü

200 qr. kərə yağı

1 ədəd yumurta

1 st noxud

4 ədəd kartof

1 x/q. tomat

Sarıkök

Duz, istiot

Hazırlanma qaydası: Gecədən isladılmış noxudu yarıbişmiş olanadək bişirin. Parça ətləri qazana yığıb, üzərinə 1 litr su töküb tam bişənə kimi qaynadın. Həmin müddətdə küftələri hazırlayın. Bunun üçün əti çəkib üzərinə xırdalanmış soğan, düyü, duz və istiot vurub yaxşı-yaxşı qarışdırın. Parça ətlər bişdikdən sonra qiyməni 5-6 yerə bölüb, küftələr hazırlayın. Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin. Düzəltdiyiniz küftələri bir-bir qazana salın. Plitə orta temperaturda yanmalıdır. Bir az qaynadıqdan sonra üzərinə yığılan kəfi yığın, bulyon şəffaf olmalıdır. Küftəni qazana saldıqdan təxminən 20 dəqiqə sonra yarıbişmiş noxudu və soyulmuş kartofu da üzərinə əlavə edin. Əlavə 30 dəqiqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda tomat pastasını üzərinə əlavə edib 15 dəqiqə də bişirin. Küftəbozbaş hazırdır, üzərinə zövqə görə istənilən göyərtidən səpmək olar. Nuş olsun!