• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 02.05.2015 10:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci tur başlayıb

İlk oyun günündə 2 görüş baş tutub. "Neftçi" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Görüş erkən qollarla əlamətdar olub. Belə ki, oyuna yaxşı başlayan qonaqlar 10-cu dəqiqədə hesabı dəyişiblər. Slavik Alxasov Aqil Məmmədovla dueldən qalib ayrılıb. Lakin "ağ-qaralar" bir neçə dəqiqədən sonra bu qolun cavabını verib. Nikolas Kanales komanda yoldaşının ötürməsini bir toxunuşla çərçivəyə salıb. "Gənclik şəhəri"nin təmsilçiləri 18-ci dəqiqədə yenidən ev sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. Bu dəfə Məhəmməd Qurbanov dəqiq oynayıb. Arif Əsədovun yetirmələri yalnız matçın sonuna 4 dəqiqə qalmış xilas ola biliblər. Vobaydan ideal ötürmə alan Samir Məsimov gözoxşayan zərbə ilə komandasına 1 xal qazandırıb. 2:2. Turun digər oyununda - "Simurq"un evdə "İnter"lə qarşılaşdığı görüşdə qonaqlar 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqada 32-ci tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

1 may (cümə)
Azərbaycan Premyer Liqası, 32-ci tur

20:00. “Neftçi” – “Sumqayıt” - 2:2 
Qollar: Slavik Alxasov, 10 (0:1), Nikolas Kanales, 14 (1:1), Məhəmməd Qurbanov, 18 (1:2), Samir Məsimov, 86 (2:2)
Qırmızı vərəqə: Nikolas Kanales, 45 ("Neftçi")
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov
8-ci km qəsəbə stadionu.

17:00. “Simurq” – “İnter” - 2:3
Qollar: Arif Daşdəmirov, 2 (0:1), Samir Zərgərov, 8 (1:1), Vadim Abdullayev, 22 (2:1), Mikel Alvaro, 37 (2:2), 43 (2:3) 
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu.

2 may (şənbə)

17:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu.