• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 02.05.2015 10:04

Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin gəzintisi davam edir

Paytaxtda Atəşgahda alovlandırılan məşəl Naxçıvan və Lənkəranın ardınca digər cənub rayonu olan Lerikə aparılıb. 1 saatlıq gəzintidən sonra məşəl estafetinə start verilib. 10 məşəlçi ümumilikdə 4 km məsafə qət edib. Estafetçilər son olaraq Heydər Əliyev parkına daxil olublar. Burada olimpia oyunlarının rəmzi məşəli alovlandırılıb. Ardınca Avropa Oyunlarının kiçik çırağı yandırılıb. Həmin çıraq Heydər Əliyev Mərkəzinə təhvil verilib. Avropa oyunlarının rəmzi daha sonra əvvəlcə Astaraya, ardından dağlıq Yardımlı rayonuna səyahətə yollanıb.