• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4285
— 17.09.2014 14:20

Bu il Tovuz rayonunda məhsuldarlıq yüksəkdir

Bu il Tovuz rayonunda 9861 hektar taxil biçilib ki, onun da 9629  ha-ı buğda, 232  ha-ı arpadır. Ümumilikdə 30.896 ton məhsul goturulub. Taxılın ümumi  məhsuldarlığı  orta hesabla  hektara 31,3 sentnerdir. Bu il 30 min 325 ton bugda yığılıb ki, bu da orta hesabla hər hektara 31,5 sentner buğda deməkdir.  Yığılan arpa isə 571 ton olub. Yəni hər hektara 24,6 sentner arpa yığılıb.

Üzüm bağlarına gəldikdə isə rayonda 601 hektar üzüm bağı var. Onun da 460 ha-ı məhsuldar bağdır. Bu günədək 1000 ton üzüm yığılıb.