• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 01.05.2015 17:49

Bakı və Kürdəmirdə ağır avtoqəzalar baş verib, ölən və yaralılar var

Bakıda və Kürdəmirdə ağır yol qəzaları baş verib. Nəticədə 4 nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib.

Bu gün saat 13:30 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.  Mövsüm Cəfər oğlu Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən Gəncə istiqamətində hərəkət edən Habil Bayramova məxsus “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-nin sürücüsü və sərnişini - 48 yaşlı Əlibaba Babayev xəsarət alıb. Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasinin travmatologiya şöbəsinə yerləşdiriliblər.

Paytaxda qeydə alınan yol-nəqliyyat hadisəsi isə piyadanın vurulması ilə nəticələnib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyadalar Nahidə Cabbarovanı, Gülbahar Cabbarovanı və Əzizə Hüseynovanı vurub. Qəza nəticəsində Nahidə Cabbarova dünyasını dəyişib. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.