• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 01.05.2015 13:53

Daşkəsəndə fiziki və hüquqi şəxslərdən hesabatlar və sosial sığorta yığımı elektron variantda həyata keçirilir

KepezTV Player

Daşkəsəndə xidmətin keyfiyyətini yüksəltmək, günün tələbləri səviyyəsində fəaliyyət göstərmək və vaxt itkisinin qarşısını almaq məqsədi ilə, fiziki və hüquqi şəxslərdən hesabatlar, sosial sığorta şəhadətnamələri və sosial sığorta yığımı elektron variantda həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsi tərəfindən bu sahə ilə bağlı qəbul olunan yeni qərarlar və qanuna edilən dəyişikliklərdən irəli gələrək pensiya və müavinətlərin ödənişi vaxtında həyata keçirilir və pensiyaçılar öz pullarını kart vasitəsi ilə bankomatlardan əldə edə bilirlər. 5785 pensiyaçının olduğu rayonda 3330 nəfər yaşa görə, 2242 nəfər əlilliyə görə, 289-u isə ailə başçısını itirdiyinə görə dövlət tərəfindən təqaüdlə təmin edilib. Fiziki və hüquqi şəxslərdən məcburi dövlət sosial sığorta yığımı da tam təmin edilir.