• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 01.05.2015 14:03

“Qərb” derbisi çərçivəsində “Şəmkir” “Kəpəz”i qəbul edib

Futbol üzrə Azərbaycan birinci divizionunda 26-cı turun oyunları keçirilir. Hesabat turunda “qərb” derbisi çərçivəsində “Şəmkir” yerli Olimpiya İdman Kompleksinin stadionunda “Kəpəz”i qəbul edib. Oyun maraqlı mübarizə şəraitində keçib. Açıq futbola üstünlük verən tərəflərdən “ev” sahibləri 21-ci dəqiqədə hesabı açıb. Qonaqların futbolçusu cərimə meydançasının kənarında topa əllə toxunsa da, vəziyyəti düzgün qiymətləndirməyən hakim penalti təyin edib. “Ağ nöqtə”yə yaxınlaşan Qeyrət Qənbərov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Şəmkirlilər ilk yarının sonunda hesabı artırmağa yaxın olub. Amma “Kəpəz”in qapıçısı Eşqin Şəmiyev son anda əla reaksiya ilə topu küncə çıxarıb. Fasilədən sonra “sarı-göylər” bərabərlik qolunu üçün meydana çıxıb. İki epizodda Nizami yurdunun təmsilçisi rəqib üçün təhlükə yaradıb. Əvvəlcə Arzuman Nəsibov, bir qədər sonra Ziyabil Məmmədov qol vurmaq fürsəti əldə edib. Amma hər iki epizodda qeyri-dəqiqlik qola mane olub.