• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 01.05.2015 10:06

Bakı atçılığın konkur növü üzrə növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakının Binə qəsəbəsindəki “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə beynəlxalq turnir keçiriləcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq yarışda Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Lüksemburq, İran və s. ölkələrdən ümumilikdə 25-ə yaxın idmançı 65 atla mübarizə aparacaq. Turnirə Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, İran və Almaniyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 203 500  avrodur.