• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 01.05.2015 10:09

Çexiyada daha bir qitə çempionatı başlayır

Bu gün daha bir qitə çempionatı Çexiyada başlayır. Raçitse şəhərində kayak və kanoeçilərin Avropa çempionatı starta hazırlaşır. Yarış öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün yığmanın heyətdən çıxarılıb. 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı Sablindən əlavə Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti, həmçinin İnna Radomskaya və Mirnazim Cavadov təmsil edəcək.