• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 01.05.2015 10:13

Minskdə bədii gimnastika üzrə Avropa çempionatı başlayır

Bu gün Minskdə bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Yarışda azərbaycanlı idmançılar da iştirak edəcək. Ölkəmiz həm fərdi, həm də komanda qrup yarışlarında təmsil olunacaq. İlk yarış günündə şəxsi birincilikdə Marina Durunda və Gülsüm Şəfizadə xalı üzərinə çıxacaq. Onlar top və halqa ilə hərəkətlərdə hakimlərin diqqətini cəlb etməyə çalışacaq. Bu gün həmçinin, 5 gimnastdan ibarət qrup komandası da çempionatda ilk kompozisiyasını göstərəcək.