• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 01.05.2015 10:16

Çimərlik futbolu üzrə millimiz Rusiyanın Soçi şəhərinə təlim-məşq toplanışına yollanır

Mayın 4-dən 14-dək Rusiyanın Soçi şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Millimiz hazırlıq prosesi çərçivəsində Rusiya və Belarus yığmaları ilə yoldaşlıq oyunu keçirəcək. Təlim-məşq toplanışına 15 futbolçu dəvət olunub. Bunlar Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Asif Zeynalov, Emin Kürdov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Vüsal İsmayılov, Sabir Allahquliyev, Ramil Əliyev, Namiq İsgəndərov və Comərd Baxşəliyevdir.