• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 01.05.2015 10:27

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları sona çatıb

İkinci yarımfinal matçında "Qalatasaray" evdə "Sivasspor"la qarşılaşıb. Oyun qonaqlardan 9-cu dəqiqədə Utakanın qolu ilə start götürüb. Ancaq bir qədər sonra hesab bərabərləşib. Sabri Sarığolu dəqiq zərbə müəllifinə çevrilib. Birinci hissənin sonuna az qalmış İstanbul klubu hesabda önə keçib. Felipe Melo standart vəziyyətin davamında fərqlənib. 64-cü dəqiqədə uzaq məsafədən vurulan qolların mahir ustası Uesli Senyder bacarığını nümayiş etdirərək hesabı 3:1-ə çatdırıb. Görüşün yekun nətcəsini isə Səlçuk İnan təyin edib. Onbirmetrlik cərimə zərbəsini qolla tamamlayan futbolçu "cim-bom"a cavab oyunu öncəsi 4:1 hesablı qələbə qazandırıb.

Türkiyə kuboku

Yarımfinal görüşü

İlk oyun

“Qalatasaray” – “Sivasspor” –  4:1

Qollar: Con Utaka, 9 - Səbri Sarıoğlu, 32; Felipe Melo, 35; Sneyder, 64; Səlçuq İnan, 77 (pen.)