• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 30.04.2015 17:17

Lənkəranda evdə yanğınla müşayət olunan güclü partlayış baş verib

nkəranda evdə güclü partlayış olub. Hadisə bu gün saat 14.00 radələrində şəhərin Koroğlu küçəsi, 62 ünvanında 1969-cu il təvəllüdlü Aybəniz Zeynalovaya məxsus ümumi sahəsi 9 kv.m olan evdə qeydə alınıb. İlkin ehtimallara görə, evdəki kiçik tutumlu qaz balonunun partlaması ilə yanğın baş verib. Evdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə söndürülsə də, partlayışın zərbəsindən  ev tamamilə dağılıb. Nəticədə  ev sahibinin yaxın qohumu, 67 yaşlı  Lətifə İbad qızı Zeynalova ağır yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.