• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 30.04.2015 17:16

Gömrükçülər Gəncədə aksiz markası ilə markalanmayan xeyli sayda siqaret müsadirə ediblər

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılıb və onun əlindəki iki ədəd polietilen torbadan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 900 qutu müxtəlif adlı xarici siqaret götürülüb. Faktla bağlı təhqiqat aparılır.