• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 30.04.2015 17:08

Lənkəran polisi şəhər ərazisində tiryəkxana aşkar edib

Burada ev sahibindən əlavə 5 narkotik istifadəçisi saxlanılıb ki, onların da hər birinin üzərindən müxtəlif miqdarda narkotik vasitə aşkar edilib.Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini əvvəllər iki dəfə məhkum olunmuş 1976-cı il təvəllüdlü İdrak Bayraməli oğlu Ələkbərovun evindən külli miqdarda narkotik vasitə aşkar edilib. Belə ki, oradan 2 kiloqram heroin, 38 ədəd şpris, limon duzu, heroin qaynatmaq üçün ləvazimatlar aşkar edilib. Həmçinin İdrak Ələkbərovun yaşadığı ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdığı, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyənləşdirilib. Tiryəkxanada narkotik vasitələrdən istifadə edən daha 5 nəfər saxlanılıb. Bunlar rayon sakinləri 43 yaşlı Vüqar Əliyev, 27 yaşlı Cəmil Mirzəyev, 26 yaşlı Aygün Hüseynova, 22 yaşlı Cavid Nağızadə və 21 yaşlı Ruslan Nəsirovdur. Onların da hər birinin üzərindən müxtəlif çəkilərdə narkotik maddə olan heroin aşkar edilib.