• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 30.04.2015 16:08

Gəncədə taekvando üzrə zona yarışı keçirilib

I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilən kütləvi idman tədbirləri davam edir. Bu çərçivədə Gəncədə taekvando üzrə zona yarışı keçirilib. Yerli Olimpiya İdman Kompleksində düzənlənən birinciliyin açılış mərasimində Avropa Oyunlarının Odlar yurdunda keçirilməsinin əhəmiyyətindən danışılıb. Belə önəmli turnirin təşkilinin Azərbaycana verilməsinin respublikamızın dünyada idman ölkəsi tanınmasından irəli gəldiyi vurğulanıb. Ardından bədii hissə başlayıb. N saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları xüsusilə diqqəti cəlb edən olub. Daha sonra zona yarışına start verilib. Birincilikdə 18 şəhər və rayonun təmsilçiləri bacarığını göstərib. 2001-2003-cü təvəllüdlü qız və oğlan taekvandoçular 10 çəki dərəcəsində mübarizəyə qoşulub. Mükafatlar uğrunda 150 idmançı tatamiyə çıxıb.