• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 17.09.2014 11:44

“Qarabağ” – “Sent-Etyen” oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib

Avroliqanın qrup mərhələsində  baş tutacaq “Qarabağ” – “Sent-Etyen” oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Bu gün saat 18:15-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq. Komandamızın oyunöncəsi məşqi isə saat 18:45-də başlayacaq.

 

“Sent-Etyen”in baş məşqçisi  Kristof Qaltye  isə saat 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.