• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 30.04.2015 03:49

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Ötən gecə saat 4 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına üzərində bıçaq xəsarətləri olan şəxs gətirilib. Bu, şəhər sakini 21 yaşlı Şükür Əşrəfov olub. Ona döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı həkimlər tərəfindən dərhal əməliyyata götürülüb. Araşdırmalar nəticəsində məlum olub ki, Şükür Əşrəfovu mübahisə zəminində qonşusu 24 yaşlı Rəsul Əndi bıçaqlayıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.