• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2497
— 29.04.2015 17:29

Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ağır yaralanıb

Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində bir nəfər ağır yaralanıb.

Hadisə rayonun Füzuli küçəsində baş verib. İmanaqulu Xəlilova məxsus “Mercedes” maraklı minik maşını adıçəkilən küçə ilə Füzuli meydanı istiqamətində hərəkətdə olarkən Talışxan Əkbərovun idarə etdiyi “London taksisi”nə çırpılıb. Hadisə vaxtı hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olub. Qəza nəticəsində başından xəsarət alan İmanaqulu Xəlilov təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Şahidlərin sözlərinə görə, həmin vaxt “London taksisi” yolun hərəkət hissəinin sağ tərəfində olub. “Mercedes”in sürücüsünün ani diqqətsizliyi maşının taksiyə çırpılması ilə nəticələnib.

Qəza yerinə gələn Nəsimi rayon polis idarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilib.

Tam dəqiq səbəblər isə müvafiq ekspertizaların verəcəyi rəydən, eləcə də ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən sonra bəlli olacaq.