• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 29.04.2015 17:23

Cəlilabadda pensiyaçı qadın qohumu tərəfindən aldadılıb

Cəlilabad  rayonunda qohumluq əlaqələrindən sui-istifadə edən şəxs  dələduzluq yolu ilə  pensiyaçı qadını aldadıb. Krediti qadının adına götürərək pulları mənimsəyib.

65 yaşlı qadının savadsızlığından istifadə edərək bankdan adına pul götürüb, aradan çıxıb. Hadisə Cəlilabad rayonunda baş verib. Rayonun  Qarazəncir kənd sakini Tamara Xəlilova oğlunun bacanağı tərəfindən aldadılıb. Belə ki, bir neçə ay əvvəl Mahir Kərimov adlı şəxs onların evinə gələrək yaşlı qadından kredit götürməkdə ona zamin durmağı xahiş edib. Bundan ötrü isə Mahir yaşlı qadının 130 manat məbləğində  pensiya aldığını əsas gətirib.

Mövcüd hadisədən 2 ay keçikdən sonra Bankdan Tamara Xəlilovanın adına  xəbərdarlıq məktubu gəlib. Sonra məlum olub ki, əslində 2 min yüz ABŞ dolları miqdarında götürülən kredit Tamara Xəliovanın adına  sənədləşdirilibmiş.

Törətdiyi dələduzluq əməlindən sonra Mahir Kərimov yaşadığı kəndi tərk edib. Hazırda Cəlilabad  polisi onun tapılaraq istintaqa cəlb olunması istiqamətində  axtarışlar aparır.

Məhəmməd Rzayev