• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2327
— 29.04.2015 13:43

Fermerlər gübrəni 70 faiz güzəştlə əldə edəcəklər

KepezTV Player

Göygöl Rayon Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazlıq  və payızlıq əkin üçün 450 ton müxtəlif növ mineral gübrə gətirilib ki, bu da ötən illə müqayisədə 100 ton çoxdur. Mineral  gübrənin 140 tonu güzəştli şərtlərlə fermerlərə verilib. May ayının sonuna kimi daha 100 ton mineral gübrənin yazlıq əkin üçün  fermerlərə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tətbiq olunan yeni qaydalara əsasən fermerlərə gübrələr 50 deyil, 70 faiz güzəştlə satılacaq. Bu da o deməkdir ki, artıq fermerlər Azot gübrəsinin 1 tonunu 130 manata əldə edəcəklər. Tətbiq olunan yeni güzəşt fermerlərin də urəyincədir.