• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 29.04.2015 10:16

Almaniya kubokunda yarımfinal mərhələsinin bir oyunu keçirilib

“Bavariya” öz meydanında Dortmund “Borussiya”sını qəbul edib. Gərgin keçən matçın əsas hissəsi 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.
“Bavariya” futbolçularının yerinə yetirdiyi dörd penalti zərbəsindən heç biri dəqiq olmayıb. “Borussiya” isə iki penaltini qola çevirərək qələbə qazanıb və kubokun finalına yüksəlib.
Qeyd edək ki, yarımfinal matçının digər qarşılaşmasında bu gün “Arminiya” və “Volfsburq” üz-üzə gələcək.

Almaniya kuboku, yarımfinal

28 aprel
“Bavariya” – “Borussiya” (Dortmund) – 1:1 (Penaltilər seriyası – 0:2)
Qollar: Levandovski, 30 (1:0), Abomeyanq, 75 (1:1)