• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 28.04.2015 21:51

Bakıda ödəniş terminallarına qənim kəsilmiş qrup yaxalanıb

Dəstə üzvləri silsilə oğurluq törətməkdə təqsirləndirilirlər.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, İdarənin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 7-də Lökbatan qəsəbə sakini Araz Məmmədova məxsus, qəsəbədə yerləşən mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatı, kassadan 300 manat pul, aprelin 23-də Lökbatan qəsəbəsi, 28 May küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalını sındırmaqla 625 manat, aprelin 16-na keçən gecə, Şanqar qəsəbə sakini Susanna Şərifovaya məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının asma qıfılını sındırmaqla içərisində 586 manat olan E-manat aparatını, aprelin 19-na keçən gecə Qobustan qəsəbə sakini Füzuli Sadıqova məxsus, həmin qəsəbədə yerləşən mağazadan, qapının qıfılını sındırmaqla tütün məmulatları, içkilər və 2 ədəd “Milli ön” aparatını sındırmaqla oğurluq etməkdə şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri – 23 yaşlı İlkin Mustafayev, Qurban Şəbiyev və 26 yaşlı Aqil Qasımov tutulub.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 2-də Elxan Bayramova, martın 26-da İsmayıl Ağayevə məxsus mağazalardan oxşar  oğurluqlar ediblər. İlkin Mustafayev və Qurban Şəbiyev martın 9-da Bakı şəhər sakini İlqar Salmanova məxsus Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən mağazadan, qapını sındırmaqla tütün məmulatları və danışıq kartları oğurlayıb,  Qurban Şəbiyev isə Asif Alışanova,  Əli Müzəffərova və Mənsur Şahməmmədova məxsus mağazalardan oğurluq edib.

 

Faktla əlaqədar BŞBPİ-də CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.