• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3585
— 28.04.2015 23:38

Bakıda yanğından xilas olmağa çalışan 22 yaşlı gənc canından oldu

Bakının Yasamal rayonunda baş verən yanğından xilas olmağa çalışan 22 yaşlı gənc ölüb. Hazırda aidiyyatı qurumlarda yanğının səbəbləri araşdırlır.

Bakıda ötən gecə ticarət və iaşə obyektində baş verən yanğın ölümə səbəb olub. Hadisə Yasamal rayonu Şərifzadə küçəsində yerləşən iki mərtəbəli binada fəaliyyət göstərən çayxanada başlayan yanğın qısa zamanda bütün obyekti əhatə edib. Yanğın yerinə əvvəlcə Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Daha sonra ətraf rayonlardan əlavə qüvvə cəlb olunub. Görülən tədbirlərə baxmayaraq alovu söndürmək mümkün olmadığından hadisə yerinə ikinci dərəcəli çağırış elan olunub. Ərazidə qərargah yaradılıb. Yanğın başlayan zaman çayxananın işçisi 22 yaşlı Şöhrət Xanbabayev və daha bir nəfər içəridə olub. Alovdan canını qurtarmaq istəyən 22 yaşlı gənc qapının pəncərəsini sındıraraq çölə çıxmağa çalışsa da bu zaman şüşə kəsikləri onun ayaq damarlarını kəsib. Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılan Şöhrət Xanbabayev çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Daha bir nəfər isə tüstüdən zəhərlənib. Hadisə nəticəsində obyektin dam örtüyünün böyük hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində birinci mərtəbənin əhəmiyyətli hissəsi yanğından mühafizə edilib.

Yanğının səbəbləri, eləcə də dəymiş ziyan rayon prokurorluğu və FHN-nin əməkdaşları tərəfindən aparılacaq birgə araşdırmalardan sonra məlum olacaq.